DÜNYA

11 Oktyabr

Dünya Bankı Ukraynaya dəstək üçün yeni fond yaratmaq qərarına gəlib

Finss.az xəbər verir ki, Dünya Bankının (DB) Direktorlar Şurası Ukraynaya dəstək üçün nəzərdə tutulmuş yeni maliyyə vasitəçiliyi fondunun yaradılmasını təsdiqləyib.

Müvafiq qərar cümə axşamı, oktyabrın 10-da, Avropa İttifaqı ölkələrinin daimi nümayəndələrinin Kiyevə 35 milyard avroluq kreditin verilməsi mexanizmini ilkin razılaşdırdıqdan bir gün sonra qəbul edilib. Maliyyə vasitəçiliyi fonduna vəsaitin ABŞ, Kanada və Yaponiyadan daxil olacağı dəqiqləşib. Agentliyin məlumatına görə, yeni fond qeyri-Avropa ölkələrinə “daha ​​geniş miqyaslı kreditdə” iştirak etməyə imkan verəcək. Tədbirlərin G7 ölkələrinə ilin sonuna qədər Ukraynaya 50 milyard dollara qədər yardım göstərməklə bağlı iyunda keçiriləcək G7 liderlərinin sammitində verdikləri öhdəlikləri yerinə yetirmələrinə imkan verəcəyi gözlənilir.

Kaira Agayeva

Finss.az