DÜNYA

03 Fevral

Əlcəzair 700 min ton qara metal ixrac edəcək

Finss.az - Əlcəzairin Cijel vilayətində yerləşən Algerian Qatari Steel Company 2025-ci ildə 36 ölkəyə təxminən 700 min ton polad məhsulu və törəmə məhsullar ixrac etməyi planlaşdırır.

Şirkət illik 2 milyon ton polad istehsal edir, bunun 34%-i ixrac olunur. 2028-ci ildə başa çatacaq genişlənmə layihəsindən sonra illik istehsal 4 milyon tona, ixrac həcmi isə 2,7 milyon tona çatdırılacaq.