Finss.az - İndoneziyada yanvar ayında inflyasiya illik 0,76% təşkil edərək, 2000-ci ilin mart ayından bəri ən aşağı səviyyəyə enib.
İnflyasiyanın yavaşlaması əsasən kommunal xidmətlərin qiymətindəki azalma və elektrik enerjisinə olan endirimlərlə əlaqəlidir. Qida məhsulları, içkilər və tütün məmulatları 3,6% bahalaşıb, tibbi xidmətlər isə 1,84% artıb. Aylıq müqayisədə istehlak qiymətləri 0,76% azalıb, bu da 4 ay sonra qeydə alınan ən böyük düşüşdür.