Finss.az - “Eurostat”-ın ilkin qiymətləndirməsinə əsasən, Avrozona ölkələrinin ümumi daxili məhsulu (ÜDM) 2025-ci ilin birinci rübündə illik müqayisədə 1.2%, əvvəlki rüb ilə müqayisədə isə 0.4% artıb.
Analitiklər Avrozonada illik iqtisadi artımın 1%, rüblük artımın isə 0.2% olacağını proqnozlaşdırmışdılar.
Qeyd etmək lazımdır ki, dördüncü rübdə Avrozonanın ÜDM-i illik ifadədə 1.2%, rüblük ifadədə isə 0.2% artmışdı.
Avropa İttifaqının 27 ölkəsinin birgə ÜDM-i isə, ilkin qiymətləndirməyə görə, birinci rübdə illik ifadədə 1.4%, rüblük ifadədə isə 0.3% artım göstərib. Ötən rübdə bu göstəricilər müvafiq olaraq 1.4% və 0.4% olmuşdu.
Rüblük ifadədə ən yüksək iqtisadi artım İrlandiyada (+3.2%), İspaniya və Litvada isə (+0.6%) qeydə alınıb. Təkcə Macarıstanda iqtisadi azalma (-0.2%) müşahidə olunub.