DÜNYA

13 May

Tramp Səudiyyə Ərəbistanına səfər edib

Finss.az - ABŞ Prezidenti Donald Tramp, ikinci prezidentlik dövründə ilk böyük xarici səfərini həyata keçirərək çərşənbə axşamı günü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada enib.

ABŞ liderini təyyarəsi Səudiyyə Ərəbistanının F-15 təyyarələri müşayiət edib.

Səfərin əsas məqsədi, Trampın Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əl-Saudla görüşməsi və iki ölkə arasında strateji əlaqələrin gücləndirilməsidir. Görüşdə iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və digər regional məsələlərin müzakirə edilməsi gözlənilir.

Bu səfər, Trampın Yaxın Şərqə etdiyi tur çərçivəsində ilk dayanacaqdır. Növbəti günlərdə, prezidentin Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də səfər etməsi planlaşdırılır.

ABŞ-n nüfuzlu mətbuat orqanları, Trampın ikinci dövründəki ilk böyük xarici səfərinin, ABŞ-ın Yaxın Şərqdəki strateji mövqeyini gücləndirmək və enerji məsələlərində Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı genişləndirmək məqsədini daşıdığını vurğulayır.