Finss.az - Böyük Britaniya hökuməti 18 iyul 2025-ci ildən etibarən Rusiyadan və Belarusdan idxal olunan azot gübrələrinə əlavə gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb.
Bu qərar ölkənin Ticarət Nazirliyi tərəfindən rəsmi olaraq bəyan edilib.
Yeni rüsum dərəcələri mərhələli şəkildə artırılacaq:
-
18 iyul 2025-ci ildən – 10%
-
1 iyul 2026-cı ildən – 20%
-
1 iyul 2027-ci ildən – 35%
Hazırda Böyük Britaniyada azot gübrələrinin idxalına tətbiq edilən rüsum məhsulun növündən asılı olaraq 6%-dən 6,5%-ə qədər dəyişir. Yeni tədbirlərlə bu göstəricilər əhəmiyyətli dərəcədə artacaq.
Qeyd edək ki, 2022-ci ilin martında Britaniya Rusiya və Belarusdan idxal olunan əsas məhsullara, o cümlədən gübrələrə 35%-lik əlavə rüsum tətbiq etmişdi. Lakin həmin qərar azot gübrələrini əhatə etmirdi. İndiki addım həmin istisnanın da aradan qaldırılması kimi qiymətləndirilir.
Yeni rüsumlar Avropa İttifaqının analoji tədbirləri ilə uyğunlaşdırılıb və bu, Böyük Britaniyanın Rusiya və Belarusla ticarət münasibətlərinə qarşı davam edən sərt mövqeyinin bir hissəsidir.