DÜNYA

04 İyul

Qazaxıstanın taxıl ixracı 60% artıb

Finss.az - 2024-cü ilin sentyabrından 2025-ci ilin iyununa qədər Qazaxıstan yeni məhsul taxıl ixracını 9 milyon tona çatdırıb.

Bu göstərici əvvəlki illə müqayisədə 60% artım deməkdir. Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, artım xarici bazarlarda ölkə taxılına olan yüksək tələbatı əks etdirir.

İxracın əsas istiqamətləri Mərkəzi Asiya və yaxın xarici ölkələrdə cəmləşib. Özbəkistana ixrac 3,3 milyon tonla 32%, Tacikistana 1,2 milyon tonla 45%, Əfqanıstana 309 min tonla 46% artıb. Qırğızıstana ixrac isə demək olar ki, iki dəfə (94%) artaraq 233 min ton təşkil edib. İranda ixrac 17,5 dəfə, Azərbaycanda isə 116 dəfə artım qeydə alınıb və müvafiq olaraq 974 min ton və 707 min ton dən ixrac edilib.