Finss.az - Ağ Ev-in iqtisadi məsələlər üzrə müşaviri Kevin Hasset ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti sədrliyi üçün əsas namizədlərdən biri kimi diqqət mərkəzindədir.
O, əvvəllər favorit sayılan Kevin Uorşa rəqabət aparır.
Hasset Trampın yaxın çevrəsinə daxil olan ekspert kimi tanınır. Ağ Evdə bəzi mənbələr Uorşun faiz dərəcələrini aktiv şəkildə aşağı salmayacağına görə narahatlıqlarını bildirir. İyun ayında Hasset ən azı iki dəfə Trampla görüşərək vəzifəyə namizədliyini müzakirə edib.
Hazırda ABŞ Mərkəzi Bankının sədri Cerom Pauellin mandatı 2026-cı ilin mayında başa çatacaq. Tramp onun fəaliyyətini tənqid edir və faiz dərəcələrinin aşağı salınmasının tərəfdarıdır.
FED 2024-cü ilin dekabrından bəri illik 4,25-4,5% diapazonunda faiz dərəcələrini saxlayır və pul siyasətində yumşalma üçün şəraitin yaranmasını gözləyir.
Növbəti sədr vəzifəsinə digər potensial namizədlər arasında Maliyyə naziri Skott Bessent, Dünya Bankının keçmiş prezidenti Devid Malpass və FED İdarə Heyətinin üzvü Kristofer Uoller də var.