Finss.az - 2025-ci ilin iyun ayında İtaliyada illik inflyasiya səviyyəsi 1,7% təşkil edib.
Bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. İstehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 0,1%, 2024-cü ilin iyun ayı ilə müqayisədə isə 1,5% artıb.
Qeyd edilir ki, inflyasiya göstəricisi Avropa Mərkəzi Bankının 2% hədəfindən aşağıdır və iqtisadi sabitliyin işarəsidir. İyun ayında məhsul və xidmətlər arasında inflyasiya fərqi 1,8 faiz bəndi olaraq sabit qalıb.
Ərzaq, məişət və fərdi qulluq məhsullarının qiymətləri 2,8% artaraq ən çox qiymət artımı yaşayan kateqoriyalar sırasındadır. Rüblük müqayisədə isə iyun ayında qiymət artımı əsasən nəqliyyatla bağlı xidmətlərdə müşahidə olunub.
Ekspertlər bildirirlər ki, İtaliyada inflyasiyanın 2%-lik hədəfə yaxın, lakin ondan aşağı səviyyədə qalması Avropa iqtisadiyyatında nisbətən sabitliyi göstərir və bazarlarda müsbət təsir yaradır.