DÜNYA

13 Noyabr

Böyük Britaniya ilə Aİ arasında müdafiə əməkdaşlığı danışıqları dalana dirənib

Finss.az xəbər verir ki, Böyük Britaniya Avropa İttifaqının () Avropa Təhlükəsizlik Fəaliyyəti (SAFE) adlı ortaq müdafiə investisiya proqramında iştirak etmək üçün ən azı 4 milyard avro ödəməkdən imtina edib.

Bloomberg agentliyinin məlumatına görə, Avropa Komissiyası Britaniyanın proqramda iştirakına icazə vermək üçün 4,6 milyard avro ilə 7,5 milyard avro arasında komissiya təklif edib. Bundan əlavə, Aİ tərəfi 150–250 milyon avro arasında əlavə inzibati ödəniş tələb edir.

Britaniya hökumətinin mövqeyinə görə, bu məbləğ “Londonun gözləntilərindən daha yüksək” olub. Adı açıqlanmayan yüksək vəzifəli britaniyalı rəsmilər bildiriblər ki, Fransa bu məsələ üzrə ən sərt mövqe tutan ölkə kimi çıxış edir.

Hökumətin açıqlamasında deyilir:

“Biz yalnız Birləşmiş Krallıq və onun sənaye sektoruna fayda verəcək müqavilələrə razı ola bilərik. Hələlik heç bir razılıq əldə edilməyib və danışıqlar davam edir.”

Agentliyin mənbələrinə görə, Aİ daxilində də Britaniyanın ödəməli olduğu vergi və iştirak haqqının məbləği barədə fikir birliyi yoxdur.

Qeyd edək ki, SAFE proqramı Avropa ölkələrinin birgə müdafiə texnologiyaları və sənaye imkanlarının inkişafına yönəlib. Proqram çərçivəsində Avropa dövlətləri ortaq investisiyalar, tədqiqat və texnoloji innovasiyalar vasitəsilə müdafiə sahəsində strateji müstəqilliyi gücləndirməyi hədəfləyir.