Finss.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Skott Bessent ümid edir ki, Vaşinqton noyabr ayının sonunda Çinlə nadir torpaq metalları üzrə razılığa gələcək.
"Hələ ki, yekun razılığa gəlməmişik, amma ümid edirik ki, bu, Şükranlıq gününə (27 noyabr - IF) qədər olacaq", Bessent Fox News-da bildirib.
30 oktyabrda ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin Cənubi Koreyada görüşdülər. Görüşdən sonra Ağ Ev rəhbəri bildirib ki, Çinin nadir torpaq metalları ilə bağlı məsələ danışıqlar zamanı həll olunub.
Daha əvvəl Çin sentyabr ayının sonlarında Vaşinqtonun ABŞ texnologiya ixracına nəzarəti genişləndirməsinə cavab olaraq vacib mineralların ixracına nəzarəti əhəmiyyətli dərəcədə gücləndirmişdi.
