DÜNYA

13 İyun
10

Türkiyənin neft və neft məhsulları idxalı 10%-ə yaxın azalıb

Türkiyə Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) "2018 İl Neft Bazarı Hesabatı"na görə, Türkiyə ən çox neft və neft məhsullarını Rusiya, İran və İraqdan alıb.

Fins.az Marja-ya istinadən xəbər verir ki, Türkiyənin cəmi neft idxalı keçən il bir əvvəlki illə müqayisədə 9,2% azalaraq 38 milyon 711 min tona geriləyib.

Bu dövrdə xam neft idxalı 18,61% azalaraq 20,9 milyon tona düşüb. Dizel idxalı isə 2,18% artımla 13,74 milyon ton təşkil edib.