Elm

23 İyun

Çin mühəndislərindən hərbi sahədə inqilab

Finss.az - Çin mühəndislər yeni texnologiyaya əsaslanan, ağcaqanad ölçüsündə bionik robot təqdim ediblər.

Bu miniatür cihaz, elmi-fantastik romanlardan çıxmış kimi görünsə də, real döyüş meydanlarında xüsusi tapşırıqlar və kəşfiyyat əməliyyatlarında istifadə üçün nəzərdə tutulub.

Yeni nəsil mikrodron uzaqdan idarə olunan sistemlərlə təchiz edilib və smartfona quraşdırılan xüsusi proqram vasitəsilə asanlıqla işə salına bilir. Texnologiyanın əsas üstünlüyü onun kiçik ölçülü, çevik və demək olar ki, görünməz olmasıdır. Bu xüsusiyyətlər onu təhlükəli bölgələrdə məlumat toplamaq üçün ideal vasitəyə çevirir.

Ekspertlərin fikrincə, bu cür bionik robotlar yaxın illərdə hərbi və mülki sektorda geniş tətbiq sahəsi qazanacaq. Hazırda robotun daha geniş miqyasda testlərinə başlanılıb.