Elm

02 Sentyabr

Tələbələr yalnız öz təşəbbüsü ilə maliyyə bacarıqlarını inkişaf etdirə bilərlər – Cahid İmanlı

Tələbələrin maliyyə savadlılığının artırılması məsələsi hələ də universitetlərdə kifayət qədər diqqət mərkəzində deyil.

Təhsil eksperti Cahid İmanlı Finss.az-a açıqlamasında bildirib ki, tələbə adını qazanan gənclər artıq belə bir yaşdadırlar ki, qərar vermək səlahiyyətləri özlərində olur.

Təəssüf ki, universitetlərdə tələbələr üçün maliyyə savadlılığı və bu sahəyə aid dərslər rəsmi şəkildə keçirilmir. Tələbələr yalnız öz təşəbbüsləri ilə müəyyən seminarlarda iştirak edərək bu sahədə maariflənə bilərlər. Sosial şəbəkələrdə bəzən pulsuz, bəzən isə kiçik məbləğ qarşılığında faydalı psixoloji seminarlar təşkil olunur və tələbələr bundan yararlana bilərlər. Ümumiyyətlə, maliyyə məsuliyyəti insanda düzgün davranış və həyat fəaliyyətini istiqamətləndirən ən vacib amillərdən biridir. Tələbələr "Ayağını yorğanına görə uzat" prinsipinə uyğun olaraq, öz maliyyə imkanlarını düzgün qiymətləndirməyi və buna uyğun həyat tərzi seçməyi öyrənməlidirlər,” – deyə Cahid İmanlı əlavə edib.

Ekspert gəncləri təşviq edir ki, yalnız dərsdə öyrəndiklərinə güvənməsinlər və öz təşəbbüsləri ilə maliyyə bacarıqlarını inkişaf etdirsinlər. Onun sözlərinə görə, düzgün maliyyə idarəsi yalnız şəxsi xərcləri tənzimləməyə deyil, həm də gələcək karyera və həyat fəaliyyətinin səmərəli qurulmasına şərait yaradır.

Fuad Mədətov
Finss.az