İDMAN

12 Noyabr
40

İspaniya Super Kuboku qarşıdakı üç il ərzində bu ölkədə keçiriləcək: 40 milyona aldılar

İspaniya Super Kubokunun qarşıdakı üç il ərzində keçiriləcəyi məkan açıqlanıb.

Fins.az xəbər verir ki, yerli federasiya Səudiyyə Ərəbistanı ilə anlaşıb.

Belə ki, bundan sonrakı üç Super Kubok matçı bu ölkənin ikinci ən böyük şəhəri Ciddədə oynanılacaq.

Bunun qarşılığında İspaniya Futbol Federasiyası 40 milyon avro qazanacaq.

Ancaq tərəflər arasındakı anlaşma hələ yam yekunlaşmayıb.

Hazırda qadınların stadiona buraxılması ilə bağlı danışıqlar davam edir.

© Oxu.az