İDMAN

14 Noyabr
78

Zlatan İbrahimoviç “Los-Anceles Qelaksi” ilə yollarını ayırıb

ABŞ-ın “Los-Anceles Qelaksi” klubu futbolçusu Zlatan İbrahimoviçlə müqaviləni yeniləməyib.

Fins.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu ilə qarşılıqlı razılıq əsasında bu cür qərar qəbul olunub. “Los-Anceles Qelaksi”nin prezidenti Kris Klayn İbrahimoviçə klubun və liqanın inkişafındakı xidmətlərinə görə təşəkkürünü bildirib: “Zlatan komandaya 2018-ci ildə qoşulduqdan sonra Los-Ancelesdəki futbola müsbət təsir göstərdi. Zəhmətinə və işinə olan ehtirasına görə ona minnətdarıq. Peşəkarlığına, Los-Anceles sakinlərinə və ümumiyyətlə Şimali Amerika futbolunun azarkeşlərinə müsbət təsir etdiyi üçün Zlatana təşəkkür edirik”.

Qeyd edək ki, İbrahimoviç ötən il transfer olunduğu “Los-Anceles Qelaksi”nin heyətində keçirdiyi 58 oyundan 53 qol vurub və 15 məhsuldar ötürmə verib. ABŞ klubu ilin sonunda müqaviləsinin müddəti başa çatacaq forvard daha öncə vətənində “Malmö”, Niderlandın “Ayaks”, İtaliyanın “Yuventus”, “İnter”, “Milan”, İspaniyanın “Barselona”, Fransanın PSJ və İngiltərənin “Mançester Yunayted” komandalarının formasını geyinib.

Bir müddət əvvəl xarici mətbuatda İbrahimoviçin “Milan”da dönəcəyi yönündə xəbərlər yer alıb.