İdman

27 Yanvar

"Qarabağ"ın hücumçusu:“Zirə” ilə oyuna ciddi hazırlaşırıq

Finss.az - "Qarabağ"ın hücumçusu Musa Qurbanlı "Turan Tovuz"a 1:2 hesablı məğlubiyyəti komandanın diqqətsizliyi və standart vəziyyətlərdəki çatışmazlıqları ilə əlaqələndirib. O, komandanın bu vəziyyətdən çıxmağı bacaracağına inandığını bildirib.

Növbəti turda "Zirə" ilə qarşılaşmaya ciddi hazırlaşacaqlarını vurğulayan Musa, legioner limitinin ləğvi ilə bağlı narahatlığını da ifadə edib: "Limitin ləğvi Azərbaycan futbolu üçün müsbət nəticə verməz, çünki yerli futbolçular onsuz da azdır."

Avropada oynamağın çətinliklərindən danışan futbolçu təcrübənin və yüksək səviyyəli çempionatların əhəmiyyətini xüsusi qeyd edib.

Zemfira Ms
Finss.az