İdman

20 İyun

“Zirə”nin Konfrans Liqasındakı oyununun tarixi dəyişdirildi

Finss.az - UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Hayduk” (Xorvatiya) oyununun tarixi dəyişdirilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əvvəlcədən iyulun 24-nə planlaşdırılan qarşılaşma bir gün əvvələ – iyulun 23-nə keçirilib. Səbəb kimi həmin gün Bakıda digər Konfrans Liqası iştirakçısı “Araz-Naxçıvan”ın da ev oyununu keçirməsi göstərilir. UEFA-nın qaydalarına əsasən, eyni turnir çərçivəsində bir şəhərdə eyni gündə iki qarşılaşma keçirilə bilməz. Məhz bu səbəbdən “Zirə”nin oyunu təqvimdə dəyişikliklə üzləşib.

Qarşılaşma “Neftçi Arena”da baş tutacaq.

Xatırladaq ki, komandalar arasında cavab oyunu iyulun 31-də Xorvatiyada keçiriləcək.