İdman

20 İyun

Arda Turan “Şaxtyor”a baş məşqçi təyin olundu

Finss.az - Donetskin “Şaxtyor” klubu yeni baş məşqçisi Arda Turanı rəsmən komandaya təqdim edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı türkiyəli mütəxəssisi futbolçulara Ukrayna təmsilçisinin idman direktoru Dario Srna təqdim edib. Təqdimatdan sonra Arda Turan yeni komandası ilə ilk toplantısını keçirib.

Qeyd edək ki, Arda Turanla 2 illik müqavilə imzalanıb. O, bundan əvvəl Türkiyə Superliqasında çıxış edən “Eyüpspor” klubunu çalışdırıb. “Şaxtyor” Turanın baş məşqçi kimi rəhbərlik etdiyi ikinci klubdur.