Finss.az - “Qalatasaray”ın sabiq futbolçusu ailəsinə vaxt ayırmaq üçün təklifləri rədd etdiyini açıqlayıb
Türkiyənin “Qalatasaray” klubunda çıxış etmiş Belçikalı hücumçu Dris Mertens peşəkar futbolçu karyerasını başa vurduğunu rəsmən açıqlayıb.
38 yaşlı futbolçu şəxsi açıqlamasında bildirib ki, baxmayaraq ki, bir neçə klubdan təkliflər alıb, bu mərhələdə həyatını ailəsinə həsr etmək qərarına gəlib. “İndi mənim üçün ailəm daha önəmlidir. Futbola böyük sevgim var, lakin yeni mərhələyə keçməyin vaxtıdır”, – deyə Mertens vurğulayıb.
Mertens peşəkar karyerası ərzində Belçikada “Gent” və “Endraxt”, Niderlandda PSV, İtaliyada “Napoli” kimi klublarda çıxış edib. O, 2022-ci ildən etibarən Türkiyənin “Qalatasaray” klubunun heyətində mübarizə aparıb. Son mövsümdə Super Liqada 6 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Belçika millisinin sabiq üzvü uzun illər boyu stabil performansı ilə seçilib və xüsusən “Napoli”dəki çıxışı ilə azarkeşlərin yaddaşında qalıb.