İdman

30 İyun

"Qarabağ" və "Zirə" yoxlama oyununda qarşılaşacaq

Finss.az - Avrokuboklara hazırlıqlar çərçivəsində bu gün Azərbaycanı Avropa turnirlərində təmsil edəcək "Qarabağ" və "Zirə" komandaları yoxlama oyununda üz-üzə gələcəklər.

Qarşılaşma iyunun 25-də “Azərsun Arena”da keçiriləcək və saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 22–23-də, cavab görüşü isə iyulun 29–30-da baş tutacaq.

"Zirə" isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 23-də, saat 19:30-da “Bakcell Arena”da, cavab görüşü isə iyulun 31-də, saat 23:00-da Split şəhərindəki “Polyud” stadionunda keçiriləcək.