İdman

07 İyul

Azərbaycan U-20 sərbəst güləş millisi Avropa ikincisi oldu

Finss.az - İtaliyanın Kaorle şəhərində keçirilən güləş üzrə U-20 Avropa çempionatına yekun vurulub.

Azərbaycan sərbəst güləş millisi qitə birinciliyində 5 medal qazanaraq ümumi hesabda Avropa ikincisi olub.

Komandamız 1 qızıl, 2 gümüş və 2 bürünc medalla 133 xal toplayıb. Çempionatda Gürcüstan 164 xalla birinci, Ukrayna isə 81 xalla üçüncü yeri tutub.

Böyük məşqçi Arif Abdullayevin, eləcə də məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq) qızıl medal qazanıb. Muradxan Omarov (79 kq) və Yusif Dursunov (125 kq) gümüş, Omar Gülməmmədov (74 kq) və Anar Cəfərli (92 kq) isə bürünc medallarla ölkəmizi sevindiriblər.

Bu uğurlu nəticə Azərbaycan güləşinin gələcəyinə inamı artırır və gənc idmançıların beynəlxalq arenada potensialını nümayiş etdirir.