İdman

07 İyul

Serbiyalı mütəxəssis Azərbaycan klubunda

Finss.az - “Sumqayıt” Futbol Klubu rəsmi olaraq yeni baş məşqçisini açıqlayıb.

Klubun mətbuat xidməti məlumat verir ki, serbiyalı mütəxəssis Saşa İliç komandanın yeni baş məşqçisi təyin olunub. Müqavilənin detalları isə hələlik açıqlanmır.

Saşa İliç son olaraq Rusiyanın “Pari NN” klubunda çalışıb. O, bundan əvvəl Bolqarıstanın Sofiya SSKA və Serbiyanın “Çukariçki” komandalarında da baş məşqçi kimi fəaliyyət göstərib. İndi isə təcrübəli məşqçi Azərbaycan Premyer Liqasında “Sumqayıt” komandasını çalışdıracaq.