"Fənərbağça" İdman Klubunun prezidenti Ali Koç Klublar Birliyi Fondunun (Klublar Assosiasiyası) prezidentliyindən istefa verməyə qərar verib.
Finss.az xəbər verir ki, Ali Koç 2022-ci ilin iyun ayından bu vəzifəni icra edirdi. Onun sözlərinə görə, klub nümayəndələrinin və ictimaiyyətin israrlı çağırışlarına baxmayaraq, vəzifədən ayrılmaq qərarı qətidir.
İyulun 29-da keçiriləcək Baş Assambleya iclasında Koç vəzifəsini yeni şəxsə təhvil verəcək. O, bu müddət ərzində göstərilən dəstəyə görə təşəkkür edib.
Xatırladaq ki, Ali Koç ötən mövsüm "Qalatasaray" istisna olmaqla bütün klubların dəstəyi ilə növbəti dəfə Klublar Birliyinə rəhbər seçilmişdi. Onun istefa qərarı Türkiyə futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Prezidentliyi dövründə Koç Klublar Assosiasiyasında mühüm struktur və maliyyə məsələlərinin həllinə diqqət yetirib. Yeni prezidentin kim olacağı isə 29 iyul toplantısından sonra məlum olacaq.
Fuad Mədətov
Finss.az