İdman

06 Avqust

UEFA Çempionlar Liqası: Qarabağ” səfərdə “Şkendiya”ya qalib gəlib

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən “Şkendiya” – “Qarabağ” ilk qarşılaşması Azərbaycan təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Finss.az xəbər verir ki, oyuna Şimali Makedoniyanın paytaxtı Skopyedəki “Todor Proeski” stadionu ev sahibliyi edib. Qarşılaşmanın taleyini 18-ci dəqiqədə vurulan yeganə qol həll edib – Ağdam klubunun futbolçusu Toral Bayramov penaltidən fərqlənərək komandasına vacib üstünlük qazandırıb.

Görüşü Slovakiyalı hakimlər briqadası idarə edib.

Komandalar arasında cavab oyunu avqustun 12-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.