Oktyabrın 31-də Taylandda keçirilən məşhur döyüş liqası “One Championship” (One Friday Fight 131) çərçivəsində azərbaycanlı döyüşçü Mehrab Məmmədzadə 60 kq çəki dərəcəsində rinqə çıxıb.
Finss.az xəbər verir ki, döyüşə qədər 2-0 rekordu olan Mehrab bu dəfə rekordu 6-0 olan türkmənistanlı rəqibi, 27 yaşlı Şazada Atayevlə qarşılaşıb.
Gərgin keçən qarşılaşmanın üçüncü raundunun 4-cü dəqiqəsində, rəqib bütün göstəricilərdə üstün olsa da, Azərbaycan idmançısı möhtəşəm dönüş edərək boğucu fəndlə Şazada Atayevi təslim edib və növbəti mərhələyə adlayıb.
Bu qələbə ilə döyüş rekordu 3-0 olan Mehrab Məmmədzadə turnirin növbəti mərhələsinə yüksəlib və beynəlxalq arenalarda çıxışlarını davam etdirəcək.









