IKT

27 Yanvar

TikTok ABŞ-da hökumətin nəzarətinə keçir

Finss.az  - ABŞ-n startapı Perplexity AI, ByteDance-a TikTok-un ABŞ-dakı əməliyyatlarını almaq üçün yeni təklif göndərib.

Təklifə əsasən, ABŞ hökuməti yeni şirkətdə 50%-ə qədər paya sahib olacaq. Yeni şirkət IPO-ya çıxacaq və qiyməti 300 milyard dollardan yuxarı olacaq. Təklifə görə, ByteDance TikTok-un alqoritmini yeni şirkətə verməyəcək. ABŞ prezidentinin administrasiyasının rəyləri ilə dəyişdirilən təklifin qəbul edilməsi halında, hökumət səhmlərində səsvermə hüququ olmayacaq. Tramp, 30 gün ərzində qərarın qəbul ediləcəyini bildirib.