IKT

19 May

Xiaomi mobil çiplərə 6,9 milyard dollar investisiya ayıracaq

Finss.az - Çinli texnologiya nəhəngi Xiaomi yaxın on il ərzində mobil telefonlar üçün öz mikroçiplərinin hazırlanmasına 50 milyard yuan (təxminən 6,9 milyard dollar) sərmayə qoymağı planlaşdırır.

Şirkətin təsisçisi Ley Cün bildirib ki, çiplərin hazırlanması Xiaomi-nin böyük texnoloji şirkətə çevrilməsi üçün qaçılmaz və önəmli addımdır.

Xiaomi bu həftə ilk öz prosessoru olan Xring O1-i təqdim edəcək. Eyni zamanda, cümə axşamı günü şirkət yeni elektrik avtomobili YU7-nin təqdimatını keçirəcək. Bu model, gözlənildiyi kimi, Çin bazarında Tesla-nın Model Y avtomobilinə rəqabət yarada bilər.

Ötən il satışa çıxarılan Xiaomi-nin ilk elektrik sedan modeli SU7 isə artıq dekabrdan bəri Çin bazarında Tesla-nın Model 3 avtomobilindən daha çox satılır.

Bazar ertəsi günü Xiaomi-nin səhmləri Honq Konq birjasında 2,7% artıb, ilin əvvəlindən şirkətin bazar dəyəri isə 1,5 dəfə artaraq investorların diqqətini cəlb edir.