Finss.az - BMT-nin Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında çıxış edən Ümumdünya Turizm Təşkilatının icraçı direktoru Nataliya Bayona bildirib ki, Azərbaycan süni intellektin cəmiyyətin rifahı üçün təşviqi və rəqəmsal infrastrukturun inkişafında regional liderə çevrilib. O, ölkənin yüksək savadlılıq səviyyəsini və gənclərin innovasiya meyilliliyini vurğulayıb, həmçinin Bakının son illərdəki inkişafını və turizmdə insan amilinin əvəzolunmazlığını qeyd edib.
Bayona Bakının müasirlik və ənənələrin unikal sintezini təmsil etdiyini bildirib və Azərbaycanın mədəni irsinə verdiyi önəmi yüksək qiymətləndirib.