IKT

02 İyul

Azərbaycanda axtarış sistemləri üzrə rəqabət: Google-un payı azaldı, Yandeks yüksəldi

2025-ci ilin iyun ayında Azərbaycanda ən çox istifadə olunan axtarış sistemi yenə də "Google" olub.

Finss.az “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir ki, ötən ay "Google" ölkə üzrə axtarış bazarının 79,81%-nə sahib olub.

Bununla belə, may ayı ilə müqayisədə "Google"un bazar payı 0,82 faiz bəndi azalıb.

İyunda "Yandeks" axtarış sisteminin payı 0,68 faiz bəndi artaraq 17,87%-ə yüksəlib. "Bing"in payı 0,09 faiz bəndi azalaraq 1,2%-ə, "Yahoo"nun payı isə 0,05 faiz bəndi artaraq 0,5%-ə çatıb.

Digər axtarış sistemləri isə ümumi bazarın 0,3%-ni təşkil edib.

Fuad Mədətov
Finss.az