IKT

09 İyul

Meta EssilorLuxottica-nın 3%-ni 3 milyard avroya aldı

Finss.az - ABŞ-n texnologiya nəhəngi Meta, Fransız-İtalyan eynək istehsalçısı EssilorLuxottica-nın təxminən 3%-lik payını 3 milyard avroya alıb.

Şirkət investisiyaları artırmaqla bu payı 5%-ə çatdırmağı planlaşdırır. Meta və EssilorLuxottica bir neçə ildir süni intellektlə təchiz olunmuş “ağıllı” eynəklərin hazırlanması üzərində əməkdaşlıq edir.

Hal-hazırda Meta, EssilorLuxottica-nın Ray-Ban brendinə aid 2021-ci ildə təqdim olunan və içərisində süni intellekt əsaslı köməkçi və kameralar olan ağıllı eynəkləri satışa çıxarıb. Bu eynəklər görüntülərə altyazı əlavə etmək və real vaxtda birja məlumatlarını izləmək imkanları yaradır.

Bernstein analitiklərinin fikrincə, bu investisiya EssilorLuxottica-nın ağıllı eynəklər bazarına olan güvəninin göstəricisidir. Meta süni intellekt infrastrukturuna milyardlarla dollar yatıraraq geyilə bilən texnologiyaların imkanlarını genişləndirməyi hədəfləyir.

Bundan əlavə, bu il Meta Oakley brendi ilə əməkdaşlıq çərçivəsində su keçirməz Oakley Meta HSTN ağıllı eynəklərini hazırlayır. Bu model yüksək keyfiyyətli kamera, dinamiklər və Meta AI funksiyaları ilə təchiz olunacaq.