IKT

18 İyul

Azərbaycana gətirilən modemlər üçün dövlət standartı yoxdur

Finss.az - Azərbaycana gətirilən internet modemlərinin standartlaşdırılması ilə bağlı hələlik dövlət səviyyəsində müəyyən edilmiş standart yoxdur.

Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin əməkdaşı Rəşad Həsənov “İnternet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsi” mövzusunda keçirilən təlimdə bildirib.

O, qeyd edib ki, ölkədə 5 GHz tezlik diapazonunda işləyən modemlərin gətirilməsinin təşviqi həyata keçirilir və 2,4 GHz modemlərin istifadəsindən imtina olunması üçün işlər aparılır.

“Dövlət Gömrük Komitəsi ilə danışıqlar aparırıq ki, 2,4 GHz modemlərin ölkəyə idxalı məhdudlaşdırılsın”, — Rəşad Həsənov vurğulayıb.

Bu təşəbbüsün məqsədi daha sürətli və etibarlı internet xidmətlərinin təmin olunmasıdır.