IKT

22 Oktyabr

İlon Mask: Gələcəkdə bütün iş yerlərini robotlar və süni intellekt əvəz edəcək

Finss.az - Məşhur texnoloji sahibkar İlon Mask yaxın gələcəkdə bütün iş yerlərinin robotlar və süni intellekt (AI) tərəfindən idarə olunacağını proqnozlaşdırıb.

Mask X sosial şəbəkəsində yazıb ki, insanlar işləməkdən “istəyə görə” imtina edə biləcək, məsələn, **öz tərəvəzlərini yetişdirərək mağazadan almağa ehtiyac qalmayacaq”.

O, bu açıqlamanı amerikalı sahibkar Jason Calacanis-in postuna cavab olaraq verib. Calacanis həmin postda The New York Times-ın materialını paylaşaraq, Amazon-un iş proseslərini 75%-ə qədər avtomatlaşdırmaq planlarını qeyd edib.

Amazon-un planına görə, 2033-cü ilə qədər 600 minə yaxın iş yerini robotlar əvəz edəcək, bu yerlərdə insan işçilərin işləməsinə artıq ehtiyac qalmayacaq.