08 Noyabr

Fermer “Baby Carrots” ideyası ilə yerkökü satışını genişləndirib

Siz heç “ Baby Carrots” haqqında eşitmisiniz? Söhbət amerikalı fermer Mike Yurosek-in ağlına gələn ən sadə və mükəmməl bir qərardan gedir.

Fermer öz gərgin əməyi ilə yerkökü əkir, lakin qeyri-standart görünüşünə görə çox böyük bir hissəsi atılmalı olur. Misal üçün demək olar ki, onların üzərində çuxurlar, əyriliklər var idi, lakin bu vitaminlə zəngin bir tərəvəzə fermer həm də çoxlu əmək sərf etmişdi. Məhsulun standartlaşdırılmasını gözləmək lazımdır, çünki yerkökü ölçüsünə görə kalibrlənir.

FERMER “BABY CARROTS” BRENDİNİ YARADIR

Bir dəfə, kartof təmizləyənə yerkökünün yararsız olanlarını atmaqla fermer kiçik olmalarına baxmayaraq eyni ölçülü, xoş görünüşlü yerkökülər alır. Öz icadını “Baby carrots” brebdi altında təqdim edən Mike, öz ideyasından gəlir əldə etməyə başlayır. Belə bir təklif, alıcıların diqqətini yeni və faydalı məhsullarla çəkmək üçün nəsə qeyri-adi birşey axtaran supermarketlərin çox xoşuna gəldi.

Hal-hazırda o qədər də diqqət çəkməyən və çox faydalı olan bu atribut məktəblərdə, “fast food” məkanlarında və ya evlərdə qəbul edilən qidadır. Bu brend daha çox uşaqların sevimlisidir.Məhz balaca uşaqları çox vaxt nəsə yeməyə vadar etmək çətin olur, hələ əgər bunun çoxlu faydası varsa.

Bugün Amerikanın qida sənayesində bu brend bir “hit”dir. Müqayisə üçün demək olar ki, bir paket və ya bir torba adi yerkökünün qiyməti hardasa 10 sentdir. Və mağazalar da ona öz qiymətlərini -17 sent qoyurlar. Amma bu yerkökülərin üç yüz qramına iki yüz sent düşür. Bu delikatesin satışı dollar dəyərində aparılır. Fermerin qazancını hesablamaq heç də çətin deyil.

Belə bir nəticəni söyləmək olar ki, ideya çox gəlirlidir.

“Baby carrots”un istehsalında çürük yerkökülərdən də istifadə olunur, lakin onların çürük hissələri təmizlənir və heç bir xarab yeri saxlanılmır. Hər şeydən öncə bu köklərin məhşurluğu bioloq-seleksionerlərin qatqılar yolu ilə, kiçik yerkökülərin hazırlanması üçün xüsusi yerkökü sortunu hazırlamalarına gətirib çıxarıb. Onlar miniatür yer tərəvəzi hesab olunurlar. Dad keyfiyyətinə gəlincə onlar hədsiz şirinliyi ilə seçilirlər və xoş “xırçıltı” həzzi verirlər.