MARKETİNQ

12 Noyabr
32

IKEA-nın yeni reklam çarxında çaynik rep deyir -Video

IKEA-nın Britaniya bölməsi Milad ərəfəsində yeni reklam çarxını buraxıb.

Facemark.az xəbər verir ki, reklam çarxı tənqidçiləri susdurun! adlanır və şirkətin rəsmi YouTube səhifəsi üzərindən paylaşılıb.

Videoda ev sahibləri qonaqlarını gözləyirlər, amma qəflətən onlar elə öz əşyalarının tənqidinə məruz qalırlar.

Reklam çarxında dovşan stilində dəm çayniki, farfor heykəlciklər (panda və ilbiz) rep oxuyurlar və sahiblərini evin köhnəlmiş interyerinə görə tənqid atəşinə tuturlar.

Onlar deyir ki, qonaqları bu evə çağırmaq sadəcə ayıbdan başqa bir şey deyil. Dovşan stilində çaynik deyir ki, etiraf etməliyəm ki, bura heç də qəşəng deyil. Bura necə də səliqəsizdir”.

Qəhrəmanlar hesab edirlər ki, evdəki belə ab-hava bayram əhval-ruhiyyəsinə uyğun deyil və insanı depressiyaya salır. Yalnız IKEA mebelləri və interyeri ilə ev sahibləri tənqidçiləri susdurmağı bacarır.