14 Noyabr

Yandex-in çatdırılma robotu “Yandex.Rover” test edildi

Yandex, sürücüsüz avtomobilləri üçün istifadə etdiyi avtonom xüsusiyyətinə sahib yeni bir vasitə daha hazırlayıb.

Fins.az xəbər verir ki, piyada sürətində gedən, çamadan ölçüsündə, 6 təkərli robot-Yandex.Rover test işinə başlayıb.

Yandex-in sürücüsüz nəliyyat vasitəsi texnologiyası sahəsindəki proqram və avadanlıq həlləri Yandex.Rover-də yeni missiyalar üçün yaradılıb.

Sürücüsüz bir loqistik vasitə olan Yandex.Rover-in ilk testləri Moskvadakı Yandex Kampus-da edilməyə başlayıb.

Test çərçivəsində hər gün Yandex.Rover avtonom vasitəsi ona verilən sənədləri Yandex-in əsas mərkəzindən fərqli binalar arasında daşıyıb. Hələki Yandex.Rover-in hərəkətləri uzaqdan bir operator vasitəsi ilə müşahidə edilir, ancaq robotların hərəkətləri tamamilə avtonom olacaq.

Yandex.Rover, üst bölümündəki “lidar” vasitəsilə, həm gündüz, həm də gecə hərəkət edə biləcək. Avtonom vasitə günəşli havalardan, yağış və qara qədər fərqli hava şəraitlərində çatdırılma xidməti verə biləcək və ona uyğun dizayn olunub.

Yandex.Rover-in test hərəkəti çərçivəsində video çəkilib. Videoda onun boyu, kompakt dizaynı ilə rahat hərəkət etdiyi görülür. O sənədləri alır, qarşısına çıxan maneələri aradan qaldırır. Videoda, həmçinin onun hədəf nöqtəsinə doğru gedişi addım-addım göstərilir.