MARKETİNQ

14 Noyabr
31

Facebook 2016-cı ildə Musical.ly xidmətini niyə ala bilmədi?

Facebook şirkəti 2016-cı ildə, qısa musiqili videolar xidməti olan Musical.ly almaq barədə bir neçə ay danışıqlar aparıb. Bu barədə eyni vaxtda Bloomberg və BuzzFeed News məsələ ilə tanış olan mənbələrə istinadən yazırlar.

Tərəflər arasındakı razılıq Marc Zuckerberg-in şübhəli olmasından baş tutmayıb. Belə ki, 2016-cı ildə Musical.ly-nin inkişafı zəif gedirdi. Bundan başqa, onu xidmətin yeniyetmələr arasında məhşurluq qazanması narahat edirdi, buna görə, 13 yaşından kiçik istifadəçilər barədə məlumatların emalında ABŞ qanunvericiliyi ilə çətinliklər yarana bilərdi.

Facebook rəhbəri Çin bazarına çıxmaqda maraqlı olduğu üçün danışıqlar aparmağa razı olsa da sonda uzun sürən müzkirələr heç bir nəticə verməyib.

Qeyd edək ki, məhşur TikTok sosial şəbəkəsi 2018-ci ildə Musical.ly-nin əsasında yaranıb.