MARKETİNQ

14 Noyabr
42

İlon Maskın Avropadakı yeni həmləsi: “Gigafactory”

Amerika şirkəti Tesla Avropada özünün birinci zavodunu açacağı şəhərin adını açıqlayıb.

Fins.az xəbər verir ki, Reuters nəşri yazır ki, zavod Berlin şəhərində tikiləcək və adı “Gigafactory” olacaq.

Şirkətin sahibi İlon Mask deyib ki, yeni zavod Berlin aeroportu yaxınlığında tikiləcək: “Zavodda batareya, mühərrik və elektroavtomobil istehsal ediləcək. Məsələn Modex X üçün”.

Daha əvvəlki məlumatlarda isə deyilirdi ki, Tesla Avropadakı birinci zavodunu 2021-ci ildə tikəcək.

Son açıqlamasında Space X-in rəhbəri İlon Mask demişdi ki, Marsda ilk şəhərin salınası üçün bəşəriyyətin 20 ildə bu planetə ildə 1000-ə qədər kosmik gəmi göndərməlidir.