15 Noyabr

Azərbaycanlılar Türkiyənin e-ticarət saytlarında endirim axtardı – 11.11 festivalı günü

Bütün dünyada istehlakçıların səbrsizliklə gözlədiyi 11.11 endirimləri bu il də böyük marağa səbəb olub.

Fins.az xəbər verir ki, uşaq bezindən, yuyucu vasitələrə, geyimdən kosmetikaya, parfümdən avtomobilə qədər bir çox məhsulda 10% ilə 90% arasında endirim olub. Dəyişən endirimlər hesabına alış-veriş nisbətləri də artıb.

Texnologiya şirkəti Medanova-nın açıqladığı məlumatlara görə, sıx alış-veriş trafiki kampaniyanın başladığı axşam saatlarında 21:00-da baş verib və gecə 00:00-da zirvəyə çatıb. Ötən illə müqayisədə isə trafik 4,5 qat artıb.

Ötən ili üstələdi

Maraqla gözlənilən 11.11 endirim kampaniyasında bu il ötən illə müqayisədə artım olub. Daha çox sayda insan e-ticarət saytlarına giriş edib, keçən illə müqayisədə 4,5 qat artım yaşanıb. Kampaniya tək Türkiyə ilə məhdudlaşmayıb, ölkə sərhədlərini də aşıb. Türkiyədəki e-ticarət saytlarına xarici ölkələrdən də böyük tələb olub. Ən çox giriş Azərbaycan, Amerika, Almaniya, İraq, Fransa üzrə olub.

İstehlakçılar maarifləndirildi

İstehlaka olan maraq şüurlu alış-verişi də artırıb. İstehlakçılar məhsulu almamışdan öncə, qiymət araşdırması da edib. Axtardığı məhsul hansı saytda neçə lirəyə satılır deyə hər gün izləyib. Kmapaniya dövründə öncəki qiymətlərlə müqayisədə endirim nisbətlərini də araşdırılıb və alış-verişlərini də buna uyğun ediblər.

©Facemark.az