MARKETİNQ

20 Noyabr
152

Yusif Abdullayev - DOSYE

Yusif İkram oğlu Abdullayev 1983-cü il iyun ayının 5-də Ağdam şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 2003-cü ildə Bakı Dövlət Universitetinə daxil olub və Beynəlxalq Hüquq ixtisası üzrə bakalavr təhsili alıb. 2005-ci ildən əmək fəaliyyətinə başlamış, sığorta, daha sonra logistika sahəsində çalışıb. 2007-cı ildən əmək fəaliyyətini “Azersun Holdinq”də davam edib və 2015-ci ilədək İxrac Departamentinin Müdiri vəzifəsini icra edib. 2015-ci ilin dekabrından AZPROMO-nun vitse-prezidentidir. Azərbaycan, rus, ingilis, türk və fransız dillərini bilir və sərbəst ünsiyyət qurur. 1 övladı var.