22 Noyabr

“Samsung Türkiye”dən dijital fərqindəlik kampaniyası: “Həyatı qaçırma”

“Samsung Türkiye” internet məsuliyyətli istifadə məsələsində cəmiyyətdə fərqindəlik yaratmaq məqsədilə hazırladığı “İnterneti Tadında Kullan” adlı kampaniyasının ikinci filmi “Hayatı Kaçırma” (JOMO-Joy of Missing Out) yayımlayıb.

Fins.az xəbər verir ki, reklam filmində ilk səhnədə başını qaldırmadan əlindəki telefona baxan qadın təəssüf ki, ətrafdakı insanları, uçan quşları, uçurtmaları görmür. İkinci bir səhnədə isə gənc konsertdən video çəkir və onu dostlar ilə paylaşır, amma özü isə o anı yaşamır.

Üçüncü səhnədə isə əllərindəki telefonlarda tanışlıq platformalarına baxaraq yeriyən gənclər bir-birilərinə dəyirlər. Amma diqqətləri əllərindəki telefonda olduğu üçün bir-birilərini görmürlər və yollarına davam edirlər.

Digər bir səhnədə isə gənc əlindəki telefonda pişik və itin məzəli videolarına baxır. O, o qədər fokuslanır ki, yanında oynayan iti və pişiyi görə bilmir.

Kampaniya sahibi: Samsung Türkiye

Reklamverən nümayəndələr: Samsung Türkiye

Reklam Agentikləri: Cheil Worldwide Türkiye

Prodakşn: Jeton Studio

Media Planlama Agentliyi: Publicis One Türkiye

PR Agentliyi: Medyaevi İletişim Danışmanlığı

Art Direktor: Ahmet İltaş

İllüstrasiya: Nurullah Öztürk, Ahmet İltaş

Animasiya: Selahattin İltaş

©Facemark.az