MARKETİNQ

22 Noyabr
222

“Victoria’s Secret” brendi ənənəvi dəb şousundan imtina edib

“Fortune” jurnalının məlumatına görə hər keçirilən “Victoria’s Secret Fashion Show” şousu artıq dayandırılıb. Səbəbi satışlarının azalıb reytinqinin aşağı düşməsindədir.

Belə ki, şou son 25 il ərzində mütəmadi olaraq təşkil edilib. Amma keçən il o, tarixi boyunca ən az dəyər qazanıb. Bu isə əsasən brendin nüfuzu ilə bağlı olub – şirkət qadın bədəninin qeyri-real gözəllik standartlarını dəstəkləyir.

Qeyd edək ki, “Victoria’s Secret” brendi bu şousunu öz məhsullarını reklam edib satmaq üçün keçirirdi. Şirkətin maliyyə hesabatında deyilir ki, iyul-sentyabr ayları üzrə brendin satışları keçən ilin analoji müddəti ilə müqayisədə 7% azalıb.