02 Dekabr

Yandeks üç şəhərdə özünün offline-mağazalarını açdı

Yandeks açıq mağaza formatında özünün üç şəhərdə şəxsi satış nöqtələrini açıb. Bunlar Moskvada yerləşən Troyka, Sankt-Peterburq şəhərində “Oxta Moll” və Yekaterinburq şəhərində yerləşən Raduqa ticarət mərkəzidir.

Fins.azxəbər verir ki, bu haqda şirkətin press-relizində məlumat verilib.

Ekspertlər isə hesab edir ki, şirkət öz ekosisteminə istehlakçıları daxil etmək üçün pərakəndə şəbəkəni inkişaf etdirməyə başlayıb.

Bildirilir ki, Yandeks-ə il ərzində yeni formatı inkişaf etdirmək üçün 200-300 milyon rubl lazım olacaq.

©Facemark.az