MARKETİNQ

02 Dekabr
252

Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

21 dekabr 2019-cu ildə Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcəkdir. Əsas təşkilatçısı və müəllifi “Easymark” şirkəti olduğu tədbirdə 500-ə yaxın qonağın iştirak edəcəyi gözlənilir. Tədbirin əsas mövzular,kino-media,idman,səhiyyə,

Istehsal,bank,iaşə turizm sahəsində marketinqin inkişafıdır və adları çəkilən sahələrdə spikerlər öz təcrübələrini bölüşəcəkdir.Qeyd etmək istərdik ki,tədbir Türkiyə və yerli spikerlərin çıxışları ilə yadda qalacaq.

Belə ki,Türkiyənin çox məşhur “Ay Yapım və Medd Yapım” şirkətlər qrupunun satış direktoru Deniz Cantutan, “Galatasaray” futbol klubunun Marketinq üzrə direktoru Doruk Tufekçi, İstanbulda yerləşən “Johns Hopkins adına Anadolu” Xəstaxanalar şəbəkəsinin marketinq kordinatoru Günay Fərzəliyeva, “ABAD Publik Hüquqi Şəxsi” Layihələrin İdarəedilməsi Departamentində Direktor Müavini Camid Mövsumov və “Dreamland Baku”nun Marketinq üzrə mütəxəssisi Sedef Kaynarkan öz çıxışları ilə tədbirə rəng qatacaq və təcrübələrini sizinlə bölüşəcəkdir.

Tədbirin əsas məqsədi,qeyri neft sektorunun inkişafında dəstək olmaq,müasir korporativ idarəetmə mexanizmlərinin şirkətlərdə tətbiqi,marketinqin son trendlərinin müzakirəsi,beynəlxalq təcrübənin,strateji həmlələrin tətbiqi,markalaşmada və xarici bazarlara addımlarda əsas məqamları vurğulamaqdır.

“Boulevard Hotel”də keçirələcək tədbirdə iştirak etmək istəyənlər İ-Ticket satış məntəqələrinə həm canlı,həm online şəkildə müraciət edə bilərlər.

https://iticket.az/ru/events/other/marketing-guide-azerbaijan/15416

Tədbir haqqında məlumatlar (marketingguide.az) saytında və sosial şəbəkələrdə öz əksini tapır.

Tədbirdə sponsor və ya tərəfdaş kimi,iştirak etmək istəyən şirkətlərimiz və iş adamlarımız təşkilatçı şirkətlə əlaqə saxlaya bilər.

Əlaqə üçün : +99 470 544 56 55

+99 455 500 00 33

+99 450 226 00 72

Email : info@marketingguide.az