MARKETİNQ

25 Aprel

"Meta" qazancını iki dəfə artırıb

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta” yanvar-mart dövrü üçün balans hesabatını açıqlayıb.

Fins.az xəbər verir ki, şirkətin bu ilin ilk rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 27% artaraq 36,5 milyard dollara çatıb. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta qiyməti 36,1 milyard dollar təşkil edib. Meta 2023-cü ilin birinci rübündə 28,6 milyard dollar gəlir əldə edib.

Meta-nın xalis mənfəəti bu ilin ilk rübündə 117 faiz artaraq 12,4 milyard dollara çatıb. Şirkət 2023-cü ilin birinci rübündə 5,7 milyard dollar mənfəət açıqlayıb.

Şirkətin 2023-cü ilin birinci rübündə 2,20 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 4,71 dollara yüksəlib.

Mart ayının sonuna olan məlumata görə, Meta-nın işçilərinin sayı keçən illə müqayisədə 10% azalaraq 69 min 329-a düşüb.

Şirkət ilin ikinci rübündə 36,5 ilə 39 milyard dollar arasında gəlir gözlədiyini bildirib.

Açıqlamada fikirlərinə yer verilən Meta CEO Mark Zuckerberg, ilə yaxşı başladıqlarını ifadə edib.

Günel Məlikzadə
Fins.az