MÜSAHİBƏ

24 Aprel

Bankların ipoteka kredit portfelinin həcminə görə RENKİNQİ - I RÜB/2025

Azərbaycanda fəaliyyət göstərən bankların 2025-ci ilin 1-ci rübünün maliyyə göstəriciləri açıqlanıb.

Finss.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən bankların ipoteka kredit protfelinin həcminə görə renkinq siyahısında “Azərbaycan Beynəlxalq Bankı” ASC 1 milyon 452 min 957 manatla ən yüksək nəticə göstərən bank olub.

İkinci ən yüksək nəticə “Kapital Bank” ASC-də (607 min 761manat), üçüncü ən yüksək nəticə isə “Xalq Bank” ASC-də (476 min 608 manat) qeydə alınıb.

Siyahıda sonuncu yerdə isə Melli İran Bankı Bakı filialı (58 min manat) qərarlaşıb.

Finss.az 2025-ci ilin 1-ci rübü üzrə bankların ipoteka kredit protfelinin həcminə görə renkinqini təqdim edir:

Fuad Mədətov
Finss.az