Finss.az - Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS EN 13429:2025 “Qablaşdırma – Təkrar istifadə”, AZS EN 13430:2025 “Qablaşdırma – Materialı təkrar emal edilə bilən qablaşdırmaya dair tələblər” və AZS 14182:2025 “Qablaşdırma – Terminologiya – Əsas termin və təriflər” yeni dövlət standartları qəbul edilib.
İnstitutun məlumatına görə, bu standartların tətbiqində məqsəd təkrar istifadə oluna bilən qablaşdırmaların ətraf mühitə zərərli təsirlərinin minimuma endirilməsinə, o cümlədən material dövriyyəsinə yenidən inteqrasiya oluna bilən qablaşdırma miqdarını artırmaqla tullantı poliqon sahələrinin azaldılmasına nail olmaqdır.
Yeni dövlət standartlarının qəbulu qablaşdırma tullantılarının zərərli təsirlərinin qarşısının alınması, o cümlədən təkrar istifadəsi və bərpasına şərait yaradacaq, ekoloji tarazlığı təmin edəcək.
Yeni dövlət standartları Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.