Finss.az - 2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanın Yunanıstanla ticarət dövriyyəsi 185 milyon dolları keçərək, 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə artıb.
Azərbaycanın Yunanıstana ixracı 169,3 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin ilk rübünə nisbətən 2,1 dəfə artım deməkdir. Eyni dövr ərzində Yunanıstandan Azərbaycana idxal isə 15,6 milyon dollar olub və bu göstərici 27,8 faiz artıb.
Cari ilin ilk rübünün nəticələrinə görə, Yunanıstanla olan ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsində 1,53 faiz paya malikdir.