MÜSAHİBƏ

06 May

İnvestisiya şirkətlərinin korporativ istiqrazlarının dövriyyəsi üzrə RENKİNQİ - YANVAR-APREL/2025

Bakı Fond Birjası 2025-ci ilin yanvar-aprel ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin korporativ istiqrazlar üzrə dövriyyə həcmlərini açıqlayıb.

Finss.az xəbər verir ki, hesabat dövründə bu istiqrazlar üzrə ən yüksək əməliyyat həcmi “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-yə məxsus olub. Şirkətin dövriyyəsi 786 milyon 387 min 334 manat təşkil edib.

İkinci yerdə “Assists Finance İnvestisiya Şirkəti” ASC qərarlaşıb – bu şirkətin dövriyyə həcmi 625 milyon 967 min 306 manat olub. İlk üçlüyü isə “Unicapital İnvestisiya Şirkəti” ASC tamamlayır – şirkət 325 milyon 721 min 907 manatlıq əməliyyat həcmi ilə üçüncü pillədə qərarlaşıb.

Siyahının sonunda isə cəmi 77 min manatlıq dövriyyə ilə “Troni İnvestisiya Şirkəti” QSC yer alıb.

Finss.az BFB-yə istinadən investisiya şirkətlərinin korporativ istiqrazlarının dövriyyələrinin həcminə görə renkinqi təqdim edir:

Fuad Mədətov
Finss.az