MÜSAHİBƏ

09 May

Mikro sahibkarlıq kreditləri 3,1 milyard manata çatdı – Artım 14,7%

Cari ilin mart ayının sonuna Azərbaycanda mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,072 milyard manat olub.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici bir ay əvvələ nisbətən 64 milyon manat (2,1%) artıb, 2024-cü ilin mart ayı ilə müqayisədə isə 394 milyon manat (14,7%) çoxdur.

2025-ci ilin fevral ayının sonuna mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,008 milyard manat təşkil edib. Ötən ilin mart ayının sonunda isə bu rəqəm 2,678 milyard manat idi.

Qeyd edək ki, 2025-ci ilin mart ayının sonuna Azərbaycan banklarının ümumi biznes kredit portfelinin həcmi 14,935 milyard manat olub.

Fuad Mədətov
Finss.az